NATO ekspertləri Azərbaycan hərbçilərinə təlim keçir

16:20 29.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2020-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO-nun Brunsumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “NATO-da təlimlərin planlaşdırılması prosesi” mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirak etdikləri kursda NATO-nun ekspertləri tərəfindən iştirakçılara Şimali Atlantika Alyansında əməliyyatların planlaşdırılması, layihələndirilməsi, qiymətləndirilməsi prosesi, məlumatların təhlili və digər mövzulara dair təqdimatlar verilir, praktiki qrup tapşırıqları həyata keçirilir.