Nazirlikdən enerji içkilərilə bağlı XƏBƏRDARLIQ 

15:22 16.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur.

 

Hafta.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin (SN) sosial şəbəkə hesabında məlumat paylaşılıb.

 

Bildirilib ki, bu zaman hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır:

 

"Bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır. 22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır".