Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər azalıb

14:09 04.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin əvvəlindən iyulun 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 244,069 milyon dollar gəlir əldə edib.

Hafta.az Azərbaycan Respublikası Dövlət Neft Fonduna istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 dəfə azalıb. O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 3,5 dəfə azalaraq 60,784 milyon dollar təşkil edib.