Neft yenidən ucuzlaşdı

11:07 12.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri 1,03% azalaraq 1 barelə görə 42,41 dollar təşkil edib.

Hafta.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,06% azalaraq 40,17 dollar təşkil edib.