Neftimiz 2 dollar ucuzlaşdı 

14:15 22.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,99 ABŞ dolları, yaxud 3,2% azalıb.

Hafta.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,21 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.