Neftimizin qiymətində dəyikşiklik

23:25 27.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 26-da 68,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel çoxdur.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,01 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.