Yazını böyüt
Yazını kiçilt
Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yataq otağında 1 ədəd dolab və yataq dəsti 7 m² sahədə yanıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri və tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.