Yazını böyüt
Yazını kiçilt
Knesset (İsrail parlamenti) Likud partiyasının lideri Benyamin Netanyahunun yaratdığı etimadın lehinə səs verib.
Elektron səsvermə zamanı 120 deputatdan 63-ü Nazirlər Kabinetinin yeni tərkibinə etimad göstərilməsinin lehinə, 54-ü əleyhinə səs verib.
Netanyahu artıq İsrailin yeni baş naziri kimi and içib.
Yeni Netanyahu hökumətində 31 nazir və 5 nazir müavini var. Hökumət koalisiyasına, Likud partiyasından əlavə, ultra-pravoslav blokları olan Şas və Birləşmiş Tövrat Yəhudiliyi, həmçinin Dini Sionizm, Otzma Yehudit (Yəhudi Gücü) və Noam ultrasağ siyasi partiyaları daxildir. O, Knessetdəki 120 yerdən 64-nə nəzarət edir.