Növbəti Qlobal Bakı Forumunda Ermənistan nümayəndəsinin iştirakı təklif olunub

11:43 06.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Biz növbəti dəfə Qlobal Bakı Forumunda Ermənistanın nümayəndəsini görmək istəyərdik”.

Hafta.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Latviyanın keçmiş Prezidenti (2007-2011) Valdis Zatlers bildirib.

Valdis Zatlers növbəti dəfə Qlobal Bakı Forumunda təşkil edilən panellərdə Ermənistan nümayəndəsinin də iştirak edəcəyinə inandığını vurğulayıb.