Noyer “Real”la oyunda rekorda imza atıb

20:09 08.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasında rekord hərəkətlə yadda qalıb.

Hafta.az xəbər verir ki, o, 1/4 finalda “Real”a qarşı səfər oyununda 9 qurtarış edib.

Noyer bununla “Santyaqo Bernabeu”da pley-off mərhələsində bir matçda ən çox qurtarış edən ilk qapıçı olub.

Qeyd edək ki, ilk oyunda almanlar 2:1 hesabı ilə qalib gəliblər. Cavab oyunu aprelin 15-də “Münhen Arena”da keçiriləcək.