İran nüvə silahının növbəti sahibi ola bilər. Bu fikri Amerikanın “Atlantic Council” analitik mərkəzinin sorğusunda iştirak edən xarici siyasət ekspertləri bölüşüblər.
Sorğuda iştirak edən 149 ekspertin 68 faizi yaxın 10 ildə İranın “nüvə klubu”na qoşulacağını irəli sürüb. Rəyi soruşulanların daha 32 faizi Səudiyyə Ərəbistanının nüvə silahına malik olacağını, 19 faizi Cənubi Koreyanın, 14 faizi Yaponiyanın (ekspertlərə birdən çox dövlətin adını çəkməsinə icazə verilib) təklif edib. Eyni zamanda, analitiklərin 13 faizi yaxın onillikdə yeni nüvə güclərinin meydana çıxmayacağını bildirib.
Bununla belə, ekspertlərin əksəriyyəti - 58 faizi yaxın 10 ildə kiminsə nüvə silahından istifadə edəcəyini çətin hesab edib. Respondentlərin daha 14 faizi Rusiyanın belə bir addım atmağa qərar verə biləcəyini, digər 10 faiz isə Şimali Koreyanın adını çəkib.