O, Çempionlar Liqasının tarixinə düşdü

14:33 07.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının tarixinə düşüb.

Hafta.az xəbər verir ki, “Bavariya” ilə yarımfinal mərhələsinin cavab matçında (1:1) məhsuldar ötürmə müəllifi olan gürcüstanlı yarımmüdafiəçi ardıcıl 7-ci oyunda qolun vurulmasında iştirak edib.

Kvaratsxeliya turnir tarixində pley-off mərhələlərində bu göstəriciyə imza atan ilk oyunçudur.

Qeyd edək ki, Xviça bu mövsüm turnirdə 10 qol vurub, 6 məhsuldar ötürmə edib.