Oğuzda 3 otaqlı evdə yanğın olub

21:17 02.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuzda 3 otaqlı evdə yanğın hadisəsi qeydə alınıb

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonda ümumi sahəsi 77 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.