Oktyabrın 3-də azad edilən ərazilər - VƏTƏN MÜHARİBƏSİ XRONİKASI

10:32 03.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin oktyabr ayının 3-də Tərtərin işğal altında olan Suqovuşan kəndi işğaldan azad edilib. Bildirək ki, həmin zamana qədər Suqovuşan Madagiz adlanırdı.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı ərazinin işğaldan azad edildiyini elan edəndə bildirdi ki, oktaybrın 3-dən etibarən Madagizin tarixi adını bərpa edir və o, Suqovuşan adlandırılır.

Azərbaycan Ordusu oktyabrın 3-də Tərtərin digər işğal altında olan kəndini – Talışı da – azad edib.

Prezident həmin gün Cəbrayıl və Füzuli istiqamətlərində düşmən tapdağından azad edilmiş ərazilərin də adlarını açıqlayıb.

Belə ki, oktyabrın 3-də Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edilib.