Yazını böyüt
Yazını kiçilt
Olimpiya basketbol turnirlərinin tarixində ən çox xal toplayan braziliyalı Oskar Şmidet 69 yaşında vəfat edib.
Hafta.az xəbər verir ki, o, özünü pis hiss etdikdən sonra xəstəxanaya yerləşdirilib.
Şmidet 15 il ərzində beyin şişi ilə mübarizə aparıb. Ardıcıl olaraq 5 Olimpiya Oyunlarında (1980–1996) iştirak edən oyunçu Olimpiya turnirlərində 1000 xal həddini keçən yeganə basketbolçudur.
Oscar Şmidet 2010-cu ildə FIBA Şöhrət Zalına daxil edilib. Bundan başqa, 2016-cı ildə Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib.