Ölkələr bir-birilərinə güvənərlərsə, sərhədlərin açılması daha rahat olar - ÜST rəsmisi

16:00 24.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusla mübarizə sahəsində ölkələr bir-birilərinə güvənərlərsə, o zaman sərhədlərin açılması daha rahat olar.

Hafta.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı artıq qarşılıqlı dialoqlar başlayıb:

“Əlbəttə ki, sərhədlər açılacaq, ticarət davam edəcək. Amma bütün ölkələrin birlikdə çalışması və bir-birlərinə güvənməsi çox vacibdir”.