Ombudsmandan yeni dərs ili ilə bağlı müraciət

13:23 22.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ombudsman Aparatı yeni dərs ili ilə bağlı müraciət yayıb.

Hafta.az-ın məlumatına görə, müraciətdə deyilir: "Ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanması münasibətilə bütün şagirdləri, müəllimləri və valideynləri ürəkdən təbrik edir və onlara ən xoş arzularımızı çatdırıram.

Sevindirici haldır ki, 2021-2022-ci tədris ilinin ilk günü qeyd edilən siniflər üzrə 643 333 nəfər şagird ənənəvi tədrisə başlayıb.

Böyük iftixar hissi ilə qeyd etmək istərdim ki, artıq ölkəmizin ərazi bütövlüyü təmin olunub və bu il I-XI siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

İnanıram ki, tezliklə işğaldan əzad olunmuş ərazilərimizdə bütün sosial infrastruktur obyektləri, o cümlədən təhsil müəssisələri yenidən qurulacaq, məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaq, beləliklə də gələcəyimiz olan uşaqların təhsil hüquqları bərpa olunacaq".

Oxunma sayı 23