Onlar 2026-cı il üçün “İdman səfiri” seçildilər

16:26 17.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2026-cı il üçün “İdman səfiri” seçilən şəxslərin kimliyi məlum olub.

Hafta.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında 2026-cı il üçün "İdman səfirləri”nin seçkisi keçirilib.

Səsvermə nəticəsində Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusufova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma), Elçin Əsədov (velosiped) 2026-cı il üçün “İdman səfiri” seçiliblər.