Onların da pensiya yaşı ARTIRILDI

15:07 08.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prokurorluqda qulluq keçmənin yaş həddi artırılır və bu, son yaş həddi kimi müəyyənləşdirilir.

Hafta.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır.

Təklif edilən dəyişikliyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının son yaş həddi 65 yaş olacaq.