Onların sərhəddi sərhəddir, bizimki yox?! – Millət vəkili

14:22 25.04.2023
Yazını böyüt
Yazını kiçilt

Laçın Xankəndi yolunda buraxılış məntəqəsinin qurulması bizim şərəf tariximiz və beynəlxlaq hüququn aliliyinin təmin edilməsidir.

Hafta.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin bu günkü iclasında bildirib.

“Konstitusiyamızın 11-ci maddəsi, BMT Nizamnaməsi, Beynəlxlaq hüququn prinsipləri, Sərhədlərdən keçidə dair 1975 və 1982-ci il Konvensiyalarına, o cümlədən, “Dövlət sərhədi haqqında” qanunla Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət buraxılış məntəqəsinin təsis edilməsi Azərbaycanın suveren və legitim hüququdur. Amma iki gündür bəzi beynəlxalq subyektlərin riyakar “narahatlıq” bəyanatlarının şahidi oluruq.

Təsəvvür edin, Meksika sərhəddi boyunca qala divarları hörən ABŞ hökuməti nəzarət-buraxılış məntəqəsinin etimad mühitinin pozulmasından narahatdır. Vaşinqton hansı etimaddan danışır, daha iki gün əvvəl Şuşa istiqamətinə 3 hərbçimiz yeni basdırılmış minaya düşərək həlak oldular.

Rusiya XİN-i bəyan edir ki, 10 noyabr bəyanatını pozan birtərəfli addımları yolverilməz sayır. Yaxşı, Qarabağda eyni zamanda Ermənistan ordusunun hissələrinin və qanunsuz erməni birləşmələrin mövcudluğu, habelə, rus sülhməramlıların separatçılara daşınan hərbi təyinatlı yükləri müşayiət etməsi, Qarabağda gənc nəsli müharibəyə hazırlaması üçtərəfli bəyanata uyğundurmu?

Yaxud cinayətkar bir rejim, istismarçı neokolonist dövlət olan Fransanın mövqeyinə hamımız şahidik.

Nədir bu ikili standartlar, ümumiyyətlə, hansı dövlət, öz sərhədindən nəzarətisiz keçidə imkan verər?

 ABŞ, Fransa hər gün dünyada yüz minlərlə insana viza verməkdən imtina edir, açsın da sərhədlərin niyə viza tələb edir. Belə çıxır ki, bunların sərhədləri sərhəddir amma bizim yox?!”

Deputat qeyd edib ki, Ermənistanın isterik davranışlarına gəlincə, məsələ aydındır, necə ki bir vaxtlar “Ohanyan səddi”, “məğlubedilməz erməni ordusu” mifləri var idi,  cənab İlham Əliyev onları darmadağın etdi, indi də onlar özlərinin sonuncu mifləri Laçın-Xankəndi yolunun toxunulmazlığı mifindən məhrum oldular və yenə də cənab İlham Əliyevin iradəsi qarşısında kimsə dayana bilmədi.

“Necə ki, müzəffər Ali Baş Komandan xəbərdarlıq etmişdi ki, bizi kimsə dayandıra bilməz. Bu gün artıq sərhəd buraxılış postumuzda Azərbaycan bayrağı ucalır, sərhədçilərimiz mümkün düşmənçilik fəaliyyətlərinin qarşısını qətiyyətlə almaqla hərəkətin təhlükəsizliyinə zəmanət verirlər”.

Siyasət rubrikasından digər xəbərlər