Ordumuzun Füzuli və Xocavənd istiqamətlərində mövqelərini atəşə tutub

18:13 21.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 21-i saat 10:00-dan saat 14:25-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.