Ötən ay Bakı–Tbilisi–Ceyhanla 2,6 milyon tondan çox neft daşınıb

11:58 18.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Keçən ay Azərbaycandakı magistral neft kəmərləri ilə 3 milyon 251,4 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən hafta.az-a bildirilib ki, nəqletmənin 80,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvarda bu kəmərlə 2 milyon 628,4 min ton neft nəql edilib. Ay ərzində BTC ilə 382,3 min ton tranzit nefti də ötürülüb.