Ötən gün 30 kiloqramadək narkotik vasitə aşkarlanıb

12:34 20.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 19-da ümumi çəkisi 29,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 25,6 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın metamfetamin, 1 kiloqrama yaxın tiryək, 650 qram heroin və 12 ədəd çətənə kolu olub.

Qeyd edilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.