Ötən gün 39 toy şənliyinin monitorinqi aparılıb - DİN

12:03 14.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri yanvarın 13-də Bakıda və respublikanın digər ərazisində 39 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Nəticədə toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. COVID-19 pasportu olmadığına görə 13 nəfər şənliklərə buraxılmayıb.

Oxunma sayı 36