Ötən günün yol qəzaları - 3 nəfər ölüb

10:53 09.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün Respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 8 yol nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, yol qəzalarında 3 nəfər ölüb. Ölümlə nəticələn yol nəqliyyat hadisələrinin 2-si toqquşma, 1-i isə piyadanın vurulması hadisəsi olub.