Yazını böyüt
Yazını kiçilt
Ötən il 28 mindən çox şəxsə ali məktəb, kolleclərə qəbul üçün tibbi arayış təqdim edilib.
Hafta.az xəbər verir ki, bu barədə “Elektron Tibbi Arayış”xidmətinin təqdimat mərasimində çıxışı zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
O qeyd edib ki, arayışlar sığorta çərçivəsində qarşılanmır.
“Arayışlar ödənişli əsaslarla təqdim edilir. Mayın 1-dən etibarən arayışları elektron şəkildə əldə etmək mümkün olacaq. 18 yaşınadək uşaqların, hərbi xidmətə çağırışla bağlı olan arayışlar vətəndaşlara pulsuz təqdim edilir”,- deyə V. Qurbanov bildirib.