Ötən il Şəmkirdə 625 müvəqqəti iş yeri yaradılıb

16:06 24.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramına uyğun olaraq Şəmkir rayonunda yaşayan işsiz əhalinin daimi və müvəqqəti işlə təmin olunmaları üçün bir sıra işlər görülür.

Şəmkir Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölə müxbirinə bildirilib ki, rayon Məşğulluq Mərkəzinə müraciət edən iş axtaran vətəndaşlardan 3823 nəfəri qeydiyyata götürülüb.

Prezident İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlər təşkil olunub. Bu işlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması istiqamətində işlər aparılır.

Rayonda əhalinin məşğulluğunun artırılması məqsədilə 625 müvəqqəti iş yeri yaradılıb. Bundan başqa, il ərzində 1627 nəfər özünüməşğulluq proqramına qoşulmaq üçün müraciət edib, onlardan 200 nəfəri təlimlərə cəlb edilib, 151 nəfər aktivlərlə təmin olunub.

İqtisadiyyat rubrikasından digər xəbərlər