Ötən il Türkiyədə istehsal olunan məhsulların həcmi açıqlanıb

09:29 28.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Statistika Təşkilatı (TÜİK) müəssisələrin istehsal etdiyi məhsulların satışı ilə bağlı məlumatları paylaşıb.

Hafta.az-ın TUİK məlumatlarına istinadən yazdığına görə, müəssisələrin istehsal etdiyi məhsulların satışı 2023-cü ildə 13 trilyon 325 milyard 110 milyon lirə olub. Bu dəyər 2022-ci ildə 8 trilyon 937 milyard 773 milyon lirə olduğu halda, 2021-ci ildə 4 trilyon 214 milyard 521 milyon lirə idi.

TÜİK məlumatlarına görə, istehsaldan satışların yüzdə 13,7-si qida sənayesi məhsulları olub. 2023-cü ildə müəssisələr tərəfindən istehsal olunmuş məhsulların satış dəyərinin 13,7 faizini yeyinti sənayesi məhsulları təşkil edib. Bunu 10,7 faizlə əsas metal sənayesi məhsulları, 9,5 faizlə avtomobil, qoşqu və yarımqoşqu istehsalı, 6,3 faizlə toxuculuq sənayesi məhsulları

Motorlu nəqliyyat vasitələri, qoşqu və yarı qoşqu istehsalından əldə edilən satışların 80,4 faizi beş vilayətdə baş tutub. İstehsaldan satışların 30,2 faizi Bursa, 28,4 faizi Kocaeli, 12,3 faizi Sakarya, 5,6 faizi Aksaray və 3,9 faizi İzmirdə reallaşıb.