Ötən sutka ərzində 11 nəfər xilas olunub

12:22 06.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami, Nərimanov, Xətai və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.

Hafta.az Nazirliyə istinadən bildirir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7-si azyaşlı olmaqla 11 nəfərin liftdən çıxarılması təmin edilib.