Özbəkistanda koronavirusa ilk yoluxma qeydə alınıb

13:10 15.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın Fransadan qayıtmış vətəndaşında COVID-19 infeksiyasına ilk yoluxma qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya agentliyi bildirib.

Agentliyin facebook səhifəsində qeyd edilir ki, virus Fransadan qayıtmış vətəndaşda aşkarlanıb. Məlumata görə, virusa yoluxan şəxslə təmasda olanlar müəyyən edilib, onunla birlikdə Fransadan Özbəkistana gəlmiş sərnişinlərin siyahısı təşkil olunub, onların yaşadığı yerlərin müəyyən edilməsi və tibbi nəzarət altına alınması üzrə iş aparılır.

"Bu vəziyyətlə əlaqədar narahatlıq üçün səbəb yoxdur. Bütün lazımi antiepidemik tədbirlər görülür", - xəbərdə qeyd edilir.