Özünə qızıldan qoruyucu maska hazırlatdı - FOTO

11:47 05.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Maharaştra ştatının sakini Şankar Kurade koronavirusdan qorunmaq üçün zərgərə qızıldan qoruyucu maska sifariş edib və onunla ictimaiyyət arasına çıxıb.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, qızıl həvəskarının sözlərinə görə, bu yaxınlarda gümüşdən maska taxmış bir nəfərlə rastlaşıb və bundan sonra özünə qızıldan qoruyucu maska sifariş edib.

Kurade həm də etiraf edib ki, ağır qızıl zinət əşyaları taxmağı xoşlayır və belə bir maska da üzərindəki bəzəklərə uyğun gələcək.

Zərgər qeyri-adi sifarişi yerinə yetirib və 2,5 kq-lıq maska hazırlayıb. Bu qoruyucu maska sifarişçiyə təxminən 3870 ABŞ dollarına başa gəlib.   

Oxunma sayı 954