Pandemiya Aİ qurumlarında çalışan minlərlə tərcüməçini işsiz qoyub

15:04 11.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Avropa İttifaqının strukturlarındakı bir çox iclasların iştirakçıları müxtəlif dillərdə danışır. Eyni zamanda, bir neçə ay bundan əvvəl başlamış koronavirus pandemiyası görüş və iclasların canlı şəkildə keçirilməsinin sayının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb. Bunun nəticəsi olaraq, pandemiya başlanandan bəri mindən çox ştatdankənar tərcüməçi işsiz qalıb.

Hafta.az xəbər verir ki, gözlənilmədən işsiz qalan tərcüməçilər bu günlərdə Brüsseldə aksiya keçiriblər. Onların əksəriyyəti tərcümə hesabına dolanırdı. İndi isə onların nəinki pul qazanmağa, hətta öz ölkələrinə qayıtmağa imkanları yoxdur deyillər. Həmin insanlar onlar üçün işin olmadığı ölkədə sadəcə “əli-qolu bağlı” vəziyyətdə qalıblar. Onların düşdükləri şəraiti o da mürəkkəbləşdirir ki, bu tərcüməçiləri özündə işlə Avropa İttifaqı təmin edib. Buna görə də Belçikanın milli proqramlarında nəzərdə tutulan işsizlik üçün müavinəti onlar formal olaraq ala bilməzlər.

Aksiya iştirakçıları hansısa gəlirlərin olmaması ilə bağlı və keçirdikləri stressə görə ümidsizliklərini ifadə ediblər.