Pandemiya əcnəbi tələbələrin sayına da mənfi təsir göstərib - Ekspert

14:42 14.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər pandemiya ilə əlaqədar xarici vətəndaşların ayrı-ayrı ölkələrdə təhsil alması çətinləşib.

Bu fikirləri hafta.az-a təhsil eksperti Elçin Əfəndi deyib.

 Onun sözlərinə görə, bu vəziyyət təbii ki, Azərbaycana gələn əcnəbi tələbələrin sayına da mənfi təsir göstərdi:

“Pandemiyadan əvvəlki dövrə baxsaq, bizdə bu sahədə vəziyyət elə də ürəkaçan olmayıb. Bunun da başlıca səbəblərindən biri bizim ali məktəblərin aparıcı universitetlərin reytinqinə düşə bilməməsidir.

Eyni zamanda, universitetlərin böyük əksəriyyətinin yataqxanası, kampusu yoxdur. Həmçinin əcnəbi tələbələr üçün nəzərdə tutulan təhsil haqqı həddindən artıq yüksəkdir. Bizdə hazırda xarici tələbə sayı BDU-da, Tibb Universitetində, Xəzər Universitetində, Bakı Ali Neft Məktəbində daha çoxdur.

 Onların da əksəriyyəti Pakistan və Türkiyə vətəndaşlarıdır. Onlar əsasən, informasiya texnologiyaları, neft-qaz yönümlü ixtisaslardır”.

Oxunma sayı 26