Parakarateçilərimiz dünya çempionatında iki bürünc medal qazanıb

14:21 21.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dubayda keçirilən parakarate üzrə dünya çempionatına Azərbaycan idmançıları uğurla başlayıblar.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, komanda üzvlərindən ikisi dünya çempionatında üçüncü yeri tutub. Belə ki, Emiliya Mitilinova və Eldar Əhmədov mundialın bürünc medalına layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan çempionata 5 parakarateçi ilə qatılıb.