Paralimpiya Oyunlarında 9-cu qızıl medal

14:06 29.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Hafta.az-ın məlumatına görə, qadın cüdoçumuz Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala sahib olub. O, finalda qazaxıstanlı Zarina Baybatinanı ipponla məğlub edib.

Bununla da Azərbaycan komandası 9-cu qızıl medala sahib olub.