Paşinyan: “Məhkəmə sülh sazişini təsdiqləməsə, konstitusiyanı dəyişəcəyik”

10:19 27.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” beynəlxalq forumunda Konstitusiya Məhkəməsinin Azərbaycanla sülh sazişini təsdiqləmədiyi təqdirdə konstitusiyaya dəyişiklik edilməsi prosesinə başlayacağını bəyan edib.

Hafta.az-ın News.am-a istinadən yazdığına görə, Paşinyan deyib: “Biz sülh prosesini və razılaşmanı əldən verə bilmərik”.

Paşinyan bəyan edib ki, Bakı sülh sazişini iki əsas şərtə bağlayıb: Birinci şərt Ermənistan konstitusiyasına dəyişiklik etmək, ikincisi isə ATƏT-in Minsk Qrupunu buraxmaqdır.

Paşinyan bu tələbləri ağlabatan hesab etdiyini deyib.