Paytaxtda yaşlı qadına qarşı dələduzluq

11:12 14.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 80 yaşlı qadına qarşı dələduzluq edilib.

Hafta.az DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən Bakı şəhər sakini olan 80 yaşlı qadın onu aldadan şəxsin 2000 manat və 2000 ABŞ dollarını ələ keçirdiyini bildirib.

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 43 yaşlı X.Ağamirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.