Yazını böyüt
Yazını kiçilt
Azərbaycan qanunvericiliyinə görə, minimum əməkhaqqı ildə bir dəfə dövlət büdcəsi müzakirə olunarkən yaşayış minimumuna uyğun olaraq nəzərdə tutulur.
Bu fikirləri hafta.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib:
"Eyni zamanda, ehtiyac meyarı da həmin dövrdə qanunla müzakirə olunur. Hələlik bu məsələ gündəlikdə deyil. İstər yaşayış minimumunun, istər ehtiyac meyarının artırılması məsələsi yəqin ki, payızda dövlət büdcəsi müzakirə olunarkən gündəmə gələ biləcək".