Pərviz Şahbazov Rusiyada səfərdədir

18:00 01.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Energetika naziri Pərviz Şahbazov Rusiyanın Energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvaya səfər edib.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, P.Şahbazov oktyabrın 3-də Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 21-ci Nazirlər Görüşündə, həmçinin “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək.

Energetika nazirinin hər iki tədbirdə çıxışı nəzərdə tutulub.