Peyvənd olunanların sayı açıqlanıb

16:24 03.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 85760 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48116, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37644 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7095693, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4287967, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2807726 təşkil edir.