Peyvənd vurdurdu, kəllə sümüyünü itirdi, SONRA DA ÖLDÜ  

14:00 27.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyada bir kişi COVID-19-a qarşı peyvənd olunandan sonra güclü baş ağrıları tutub. Həkimlər onun kəllə sümüyünün bir hissəsini əməliyyatla kəsmək məcburiyyətində qalıblar.

Hafta.az Mirror nəşrinə istinadla xəbər verir ki, məlum olayla bağlı 48 yaşlı Zayonun nişanlısı Vikki Spit bildirib ki, nişanlısı həmişə çox sağlam olub. Lakin AstraZeneca peyvəndini vurdurandan 8 gün sonra onda güclü başağrıları yaranmağa başlayıb. Ağrılar nəticəsində o yataqdan qalxa bilməyib və təcili yardım çağrılıb. Feldşer deyib ki, vaksindən sonra Zayonda miqen pristupları başlayıb. Lakin bir neçə gündən sonra vəziyyət daha da pisləşib. Zayon insulta bənzər ürəkgetməsi keçirib. Kişini əməliyyat edən həkimin sözlərinə görə, güclü beyindaxili təzyiq səbəbindən kəllə sümüyünün bir hissəsini almaq məcburiyyətində qalıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Vikki Spit vurğulayıb ki, həkimlər bu vəziyyətin peyvənddən sonra yarandığı qənaətinə gəliblər. Nəşr vurğulayır ki, Zayonun ölümü ilə bağlı araşdırma başlanılacaq.