Pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib

18:44 20.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan hafta.az-a bildiriblər ki, tədbirlər zamanı pirotexniki vasitələrin satışını təşkil edən bir nəfər müəyyənləşdirilib. Həmin şəxsdən müxtəlif növ partlayıcı və tezalışan maddələr aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.