Piyadanı vurub qaçan sürücü saxlanılıb

14:34 02.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhər sakininin ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də şəhər sakini Mənsumə Əliyevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Manafov saxlanılıb.