Piyadanı vurub qaçan sürücü saxlanılıb

11:38 23.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 13-də Binəqədi rayonunun S.S.Axundov küçəsində Bakı şəhər sakini Cəbrayıl Qarayev yıxılaraq kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dekabrın 19-da orada ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun dekabrın 12-də saat 18 radələrində həmin küçədə “JAC” markalı avtomobillə vurulması müəyyən olunub.

Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Ələddin Bağırov saxlanılıb. Araşdırma aparılır.