“PKK”-nın "Atəş Uşaqları" qrupu meşə yanğınlarının çoxunun məsuliyyətini öz üzərinə götürüb

19:11 30.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Türkiyədəki əsasən turizm zonalarında baş verən son silsilə yanğınların qəsdən törədilməsi haqda ehtimallar getdikcə güclənir. Bunu “PKK”-çıların vasitəsilə edilməsi versiyası daha güclüdür. Və hətta artıq şübhəlilərdən bir neçəsinin həbs edildiyi bildirilir. Hazırda Türkiyə hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən ciddi araşdırmalar aparılır. Təbii ki,  “PKK” bunu özbaşına etməyib.

Bəs görəsən, sözügedən yanğınlar qəsdən tördəlibsə, bu, konkret olaraq Türkiyəyə qarşı olan hansı güclərin, dövlətlərin sifarişidir?..

İstanbul Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı mövzu ilə bağlı hafta.az-a öz fikirlərini açıqlayıb:

“Türkiyənin meşə ərazisinin sahəsi təxminən 20 milyon 703 min 122 hektardır. Bu məlumatlara əsasən ölkənin quru ərazisinin  26.4 % payının meşə torpaqlarından ibarət olduğu anlaşılır. Türkiyə hər il meşələrinin bir hissəsini itirir. Türkiyə Meşəçilik Baş Müdirliyinin rəqəmlərinə görə, son 5 ildə yanmış meşə sahələrinin ölçüsü 55 min futbol sahəsinə bərabərdir. Bu yanğınların 100-dən 87-si qəsdən törədilənlərdir. Türkiyədəki meşə yanğınlarının 98 faizinə insan amilinin səbəb olduğu bildiirlir. Ekspertlərin fikirlərinə görə, yaz aylarında istiliyin 30 dərəcəni aşan günlərin sayının qlobal istiləşmə səbəbi ilə artdığına işarə edən  iqlim böhranının meşə yanğınlarını da tətikləyən bir amil olduğunu vurğulanır: “Yerə düşən ağacların yarpaqları xırtıldayır və ən kiçik qığılcımla alovla bilir. Bütün lazımi tədbirlər görülsə belə, Türkiyədə meşə yanğınlarının qarşısını tamamilə almaq mümkün görünmür. Çünki Türkiyə Aralıq dənizi iqlimi səbəbindən meşə yanğınlarına qarşı çox həssas bir coğrafi mövqedədir. Digər tərəfdən, Türkiyənin meşə yanğınları olan yerlərində yeraltı kömür yataqlarının olduğu irəli sürlülür. Bu yanğınlar hansısa qüvvələrin həmin ərazilərdəki kömür yataqlarını istismar etmək istəyindən də baş verə bilər”- deyə  analitik bildirib.

“Ona da diqqət edin ki, belə yangınlar əsasən Ədalət və İnkişaf Partiyasının hakimiyyəti zamanında baş verir. Bunun əsas səbəblərindən biri Ərdoğan hökümətinin terror qruplarına qarşı aktiv mübarizə aparmasıdır. Həmin mübarizə nəticəsində “PKK” terror təşkilatı xeyli zəiflədilib. Odur ki, bu terror təşkilatı fərqli usullara əl atmağa başlayıb. Bunlardan biri də Türkiyədə meşə yanğınları törətməkdir. İlk vaxtlar bunu “PKK”-nın etdiyi barədə fikirlər qəbul olunmurdu. Ancaq sonra Türkiyə dövləti rəsmən bunu təsdiqlədi və həbs olunanlar “PKK” tərəfdarları çıxdı. Terror təşkilatı “PKK”-nın "Atəş Uşaqları" qrupunun son zamanlarda baş verən yanğınların bir çoxunun məsuliyyətini öz üzərinə götürdüyü ortaya çıxıb. “PKK”-nın bu yanğınları törətməsində əsas məqsədlər Türkiyənin meşə hissələrini məhv etmək, eyni zamanda əsasən turizm zonaları ətrafında baş verən yanğınlarla ölkəyə turist axınının qarşısını almaq və bununla ölkə iqtisadiyyatına ciddi zərbə vurmaqdır. Bəs bunun arxasında kimlər və ya hansı güclər ola bilər? Düşünürəm ki, bunlar “PKK”-ya dəstək verən qüvvələr və Türkiyədə terrorun bitməsini istəməyən qüvvələr ola bilər”- deyə İstanbul Universitetinin doktorantı vurğulayıb.

Oxunma sayı 7577
Gündəm rubrikasından digər xəbərlər