Polis əməkdaşları şəhid ailələrini ziyarət edib

19:38 25.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ailə üzvlərini ziyarət ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, polis əməkdaşları görüş zamanı ailələrin qayğıları ilə maraqlanıb, hərbçilərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə əzmindən danışıb, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı və gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıblar.

Görüş zamanı polis əməkdaşları müxtəlif ərzaq məhsullarından ibarət sovqatları təqdim ediblər. Şəhid ailələri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.

Oxunma sayı 17