Polis silahdan ehtiyatsız davranması nəticəsində xəsarət alıb

10:20 02.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib. O, xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam etdirilir.