Rusiya hakimiyyəti Vladivostoku Çinə verməlidir, çünki Pekinin bu regionda təsiri son vaxtlar ciddi şəkildə artıb.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, bunu “Gazeta Wyborcza”ya müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
"Bu, mənim Rusiyaya yaxşı məsləhətimdir. Ukraynaya qarşı müharibənin dördüncü ilində Rusiyanın Uzaq Şərqi qoşunsuz qalır. Mən rus millətçisi olsaydım, Putinin ölkəni həm hərbi, həm də iqtisadi baxımdan Çinin təsirinə salmasından narahat olardım, xüsusən də Vladivostok ətrafının. Heç bir əvvəlki Rusiya lideri buna imkan verməyib", - Polşa naziri vəziyyəti izah edib.
Sikorski qeyd edib ki, 1860-cı ildə Vladivostok limanının əsası qoyulandan bəri 2024-cü ilə qədər, yəni Putin buna icazə verənədək, Rusiya heç vaxt Çinə ondan istifadə hüququ verməyib.
Polşa Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Rusiya artıq Çinin vassalı olub.