Polşada prezident seçkiləri keçirilir

11:25 28.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polşada yerli vaxtla saat 07:00-da prezident seçkilərində səsvermə başlayıb.

Hafta.az-ın məlumatına görə, səsvermə 27 230 məntəqədə keçirilir və yerli vaxtla saat 21:00-dək davam edəcək.

Prezident seçkilərində hazırkı dövlət başçısı Andjey Duda da daxil olmaqla 11 namizəd iştirak edir. Səsvermədə 30 milyondan artıq Polşa vətəndaşının iştirak etmə hüququ var.