Premyer Liqada XXVIII tura START

10:44 17.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura start veriləcək.

Hafta.az xəbər verir ki, "Turan Tovuz" "Araz-Naxçıvan"la qarşılaşacaq.

Sumqayıtdakı "SOCAR Polymer Arena"da reallaşacaq görüş saat 17:00-da başlayacaq. Tovuz təmsilçisi 52 xalla üçüncü, Naxçıvan klubu isə 39 xalla altıncı pillədədir.

Günün ikinci matçında "Neftçi" səfərdə "Zirə"nin qonağı olacaq. "Zirə" İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 19:30-da start götürəcək. "Ağ-qaralar" 43 xalla beşinci, “qartallar” isə 44 xalla dördüncü yerdədir.

Tura aprelin 19-da yekun vurulacaq.